Forum d'amitié franco turque athée et laïque !
AccueilAccueil  CalendrierCalendrier  FAQFAQ  RechercherRechercher  S’enregistrerS’enregistrer  ConnexionConnexion  
Poster un nouveau sujet   Répondre au sujet
 

Dechiffrez moi ça les filles!!!

Voir le sujet précédent Voir le sujet suivant Aller en bas 
AuteurMessage
global_donkey
Récite du Nâzim Hikmet les larmes aux yeux !
Récite du Nâzim Hikmet les larmes aux yeux !



Inscrit le : 03 Avr 2005
Messages : 754

MessageSujet: Dechiffrez moi ça les filles!!!   Sam 29 Oct - 21:16

EVDAR QADINLARIN KOMPLEKSLƏRİ
Psixoloqlar bunlardan qurtulmağın mümkün olduğunu deyirlər

Gülarə HÜSEYNBALAYEVA

Bu gün geniş işlədilən ifadələrdən biri də "evdar qadın" kəlməsidir. Bu ifadəni eşitdikdə ilk növbədə qaz sobası qabağında duran, bir əlində övladı, digər əlində çömçə tutan qadın gözümüz önündə canlanır. Əlbəttə, XX əsrin əvvəllərində hər bir qadın evdar idisə, bu gün onların sırası seyrəlməkdədir. Evdar qadınlar ancaq pensiyaya, hamiləliyə görə analıq məzuniyyətinə çıxmış və yaxud son dövrlər işini itirən qadınlardır.
Bütün bunlarla bərabər, bəzi qadınlar ictimai həyata fəal surətdə qatılmaq istəsələr də, ailədə buna imkan vermirlər. Bəzi qadınlar isə evdə oturmağı xoşbəxtlik sayaraq işləmək istəmirlər. Bu cür qadınlar evdə uşaqlarını tərbiyə etməyi, digərləri yemək hazırlamağı və alış-veriş etməyi, bəziləri isə həyatdan zövq almağı, ya da toxumaq, evin görünüşünü dəyişmək, gülçülüklə məşğul olmağı özlərinə hobbi seçirlər.
Bəzi qadınlar isə ailə xoşbəxtliyi naminə peşəni qurban verirlər. Çox zaman qadınlar işləmələrinə baxmayaraq, ailəni vəzifə pilləkənində yuxarıya doğru addımlamaqdan daha üstün hesab edirlər. İşdən tez çıxmaq, evə tələsmək, övladlarına və ailəsinə daha çox vaxt ayırmaq bu qadınların həyat kredosudur. Bu cür qadınlar iş fasiləsi zamanı bazara qaçır və ya evdən gətirdikləri paltarları tikməyə can atırlar. Bu cür qadınlar peşəyə çox da maraq göstərmədiklərindən qismən evdar qadınlara aid edilə bilərlər.
Çox zaman evdar qadınların bəziləri özlərində güc taparaq başa düşürlər ki, həyatda çox şey itirirlər. Ona görə də işləməyə qərar verir, yeni həyata başlayırlar. Lakin ilk günlər bu onlara çox da asan görünmür. Çətinliklə müstəqillik əldə edən qadınların bir qismi bundan peşman olur, digər qismi isə yeni həyatdan ləzzət almağa başlayır.
Həyatda qərar çıxara bilən qadınlarla yanaşı, digər tip qadınlar da var ki, onlar evdar qadın statusundan bezsələr də, həyatlarını dəyişməyə qorxurlar. Onlar evdə hər şeydən bezir, az qala mənəvi ölümlə üzləşirlər. Çox zaman bu qadınlar hər hansı problemlə üzləşdikdə depressiyaya qapılırlar.
Əlbəttə, mən heç də demək istəmirəm ki, bütün qadınlar işləməli, evdə heç bir iş görməməlidirlər. Amma gəlin bununla razılaşaq ki, işləyən qadının dünyagörüşü işləməyən qadından çox fərqlənir. İşləyən qadın hər hansı problemlə üzləşdikdə tezliklə onun həll yolunu tapır. Lakin işləməyən qadın daha da passivləşərək başqalarından kömək umur. Həmçinin işləyən qadın evdar qadından onunla fərqlənir ki, birincilər daha müstəqil olurlar.
İki gənc ailə quraraq xoşbəxt yaşamağa başlayır. Tezliklə qadın peşə karyerasını ailəsinə qurban verir, özünü ailəyə həsr edir. Bununla yanaşı, həyat yoldaşı karyera pilləkənində irəliyə doğru addımlayaraq evi təmin etməyə çalışır. Bir gün qadın keçmişə nəzər saldıqda anlayır ki, nələri ailəsinə qurban vermişdir. Ailə qurduğu şəxs əvvəllər göründüyü kimi layiqli insan olmadıqda vəziyyət çətinləşir. Ailə qurduqları ilk dövrlərdə həyat yoldaşı üçün maraqlı olduğunu və onunla hər bir söhbəti bölüşdüyünü xatırlayan qadın indi heç bir söhbətin alınmadığını, hətta dünyagörüşlərinin tamamilə fərqləndiyini anlamağa başlayır.
Bəzi qadınların isə ailə qurduqdan sonra özlərinə fikir verməmələri tədricən ******* Bu halda həmin qadınlar şikayətlənməyə başlayırlar. Əksinə də olur: xarici görünüşə o qədər aludə olurlar ki, daxili aləm və ailədəki vəzifələr tamamilə unudulur. Hər iki hal problemə doğru aparır.
Kişi ailə qurarkən qadının bütün maddi-mənəvi, həmçinin də intim tələbatını ödəməyə çalışsa da, bəzi qadınlar öz vəzifələrinin öhdəsindən lazımi şəkildə gəlmirlər. Bu zaman onun həyat yoldaşı öz tələbatını ödəmək üçün "solda" kimisə axtarmağa başladıqda onun hərəkətləri qınağa tuş gəlir. Düzdür, mən kişilərin bu hərəkətlərini alqışlamıram, birincisi, ona görə ki, həmin kişilər qadının qarşısında yüksək vəzifələr qoymamalı, ikincisi, qadının evdə vəzifə yükünü azaltmaq üçün özləri də yardımçı olmalıdırlar. Bu gün bəzi kişilər evdə qadının vəzifə yükünü o qədər artırırlar ki, heç ən mükəmməl qadın da bu yükü daşıya bilmir.
Çox zaman artıq yaşa dolandan sonra qadın anlayır ki, həyatı və fürsəti fövtə verib. Öz gəncliyini qurban verərək maddi cəhətdən kişidən asılı olub, həyatını kökündən dəyişməyə qorxaraq yerindəcə sayıb. Müasir dövrün yenilikləri isə illərlə evdə oturmuş qadını qorxudur, məlumatsızlıq isə onların özünə olan inamını azaldır.
Bu kimi hallarda evdar qadın qorxur ki, hansısa addımı atdıqdan sonra işsiz, çörəksiz qalacaq. Əgər övladları da varsa, onların ac qalacağından və ananın ucbatından talelərinin dəyişəcəyindən, hər şeyi itirəcəyindən qorxurlar. Belə qadınlara bildirmək istərdim ki, əlbəttə, ilk günlər çətin olacaq, lakin bir ailədə ki ancaq "maddi" münasibət qalırsa, onu yaxşılığa doğru dəyişmək olarsa, niyə də olmasın? Belə qadınlar bu addımı atmazdan qabaq özlərinə sual verməlidirlər: yeni həyata başlaya bilərlərmi? Bu suala müsbət cavab tapmaq üçünsə bəzi məsələlərin həllini (iş yeri və s.) fikirləşmək lazımdır.
Lakin evdar qadınlara onu da bildirmək istərdim ki, hər zaman həyat yoldaşlarının gözündə yüksəkdə qalmaq istəyirlərsə, onda ilk növbədə özlərinə fikir versinlər. Zahiri və batini inkişafdan qalmasınlar. Əsasən də daxili aləmi "paslanmağa" qoymaq qətiyyən olmaz. Səhər yuxudan duraraq tələm-tələsik gecə köynəyində və ya xalatda mətbəxə qaçmaqdansa, 5 dəqiqə ayna qabağına keçmək daha yaxşıdır. Yaxud həyat yoldaşı işdən evə gələrkən evin problemlərini ona sadalamaqdansa, ona dincəlməyə imkan verib işi ilə maraqlanmaq daha yaxşı olardı...
http://www.ayna.az/
Revenir en haut Aller en bas
Aurel
Administravelociraptor
Administravelociraptor



Inscrit le : 05 Mar 2005
Messages : 10897
Localisation : Laiklikstan

MessageSujet: Re: Dechiffrez moi ça les filles!!!   Sam 29 Oct - 21:45

Yapabilirim amma bir kiz degilim ben ! dev1
J'aurais pu, mais je ne suis pas une fille !
Revenir en haut Aller en bas

Dechiffrez moi ça les filles!!!

Voir le sujet précédent Voir le sujet suivant Revenir en haut 
Page 1 sur 1

Permission de ce forum:Vous ne pouvez pas répondre aux sujets dans ce forum
Forum d'amitié franco turque athée et laïque ! :: Ateturkish people for Peace ! Forum des Athétürkiens pour la Paix ! :: FEMINISME - FEMINIZM-
Poster un nouveau sujet   Répondre au sujet